logo

Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib

16:59 16-11-2021 | icon 1491
Milli Məclis gələn ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

YeniAvropa xəbər verir ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin noyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş gəlirlər 25 874 497,0 min manat, yerli gəlirlər isə 941 503,0 min manat müəyyən edilir.

2022-ci il dövlət büdcəsinin xərcləri isə 29 879 000,0 min manat, o cümlədən mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri isə 978 959,0 min manat) məbləğində müəyyən olunur.