logo

Ermənistan Hərbi Hava Qüvvələrinin bazasının yaxınlığında partlayış olub

15:30 16-11-2021 | icon 2016
Ermənistan Hərbi Hava Qüvvələrinin bazasının yaxınlığında partlayış olub

Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib.

 YeniAvropa “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu yerli həkimlər bildiriblər.

Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.