logo

Şamaxıya ilk qar yağıb

13:11 16-11-2021 | icon 1617
Şamaxıya ilk qar yağıb

Şamaxı rayonuna ötən gecədən başlayaraq güclü küləklə müşayiət olunan ilk qar yağıb.

Rayon icra hakimiyyətindən YeniAvropa-ya bildirilib ki, külək səhər saatlarında dayansa da, qar yağmaqda davam edir. Şamaxı şəhərində qarın qalınlığı 4-5 santimetrə, şimal dağlıq ərazilərdə, o cümlədən Dəmirçi, Zaratxeyvər, Pirbəyli və bir sıra digər yaşayış məntəqələrində isə 10 santimetrə çatıb.

Şamaxıya yağan və güclü küləklə müşayiət olunan qar bölgədə ciddi fəsadlar törətməyib.