logo

2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq

11:22 16-11-2021 | icon 1358
2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq

2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq. Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunan məsələlərdən 22-si büdcə zərfinə daxildir. Büdcə zərfinə daxil olan məsələlər ölkənin iqtisadi vəziyyətini özündə ehtiva edir.

Milli Məclisin sədri deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb.