logo

Diplomatlar “3+3” formatında görüşə start verdilər

21:35 15-11-2021 | icon 2135
Diplomatlar “3+3” formatında görüşə start verdilər

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sedat Önal Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Rusiya-Türkiyə əməkdaşlığının geniş spektrini müzakirə ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Nazir müavinləri yaxın gələcəkdə Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) mexanizminin işə salınmasının aktuallığını bir daha vurğulayıblar.

Tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Müzakirə edilən mövzular arasında Əfqanıstanda, MDB məkanında və Ukraynadakı vəziyyət olub.