logo

Brüsseldə Aİ "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşü başlayıb

20:15 15-11-2021 | icon 1505
Brüsseldə Aİ "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşü başlayıb

Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.

YeniAvropa xəbər verir ki, görüşün gündəliyinə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın daha da artırılması, habelə dekabrın 15-də keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri daxildir.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.