logo

Azərbaycanda bu il 41 067 nikah, 12 892 boşanma qeydə alınıb

18:35 15-11-2021 | icon 1589
Azərbaycanda bu il 41 067 nikah, 12 892 boşanma qeydə alınıb

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.