logo

Azərbaycanda əhalinin sayı 10 milyon 147 min nəfəri ötüb

18:15 15-11-2021 | icon 1778
Azərbaycanda əhalinin sayı 10 milyon 147 min nəfəri ötüb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 28 247 nəfər və ya 0,3 faiz artaraq bu ilin oktyabr ayının 1-də 10 147 380 nəfərə çatıb.

Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.