logo

Xırdalanda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

17:07 15-11-2021 | icon 427
Xırdalanda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ağac və kol bitkilərinin kəsilərək məhv olunması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Abşeron rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, araşdırma ilə həmin ərazidə 6 ayland ağacının və 2 lüqustr kolu kökboğazından kəsilərək məhv edildiyi, nəticədə təbiətə 1860 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis idarəsinin istintaq şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.