logo

Sabunçuda “Mercedes”  yolu keçən piyadanı vurub öldürdü

16:59 15-11-2021 | icon 5579
Sabunçuda “Mercedes”  yolu keçən piyadanı vurub öldürdü

Sabunçu rayonunun Sabunçu qəsəbəsinin ərazisində yolu keçən Qazax rayon sakini Pərviz Əsgərov Bakı şəhər sakini V.Mahmudovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki,nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.