Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun həmin müəssisənin baş mühasibi, aqronomu və digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq qurumun xəzinə kitabı, mədaxil və məxaric orderləri və digər sənədlərinin saxtalaşdırılması, satışdan əldə edilən vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi və digər bu kimi qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə və digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə", "şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə", "xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə", "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "vəzifə saxtakarlığı", "ağır nəticələrə səbəb olan səhlənkarlıq" və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Bildirilir ki, istintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.
“Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib", - Mətbuat Xidmətindən bildirilib.
AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır