logo

DİN pasiyenti ölən həkim-inekoloqun döyülməsinə münasibət bildirib

14:50 15-11-2021 | icon 1547
DİN pasiyenti ölən həkim-inekoloqun döyülməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.

DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov  YeniAvropa-ya bildirilib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad rayon Polis Şöbəsinə müraciət daxil olub.

“Hazırda Sabirabad rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımı 20 yaşlı Yeganə Mirzəyevanı hamiləlik ilə əlaqədar müayinə edib. Həkim daha sonra qadını Bakıdakı xəstəxanalardan birinə göndərib və o, orada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad rayon Mərkəzi Xəstəxanasına gedərək Lalə Kazımı ittiham edib və onu döyüb.

Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yayıb.