logo

Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb

14:10 15-11-2021 | icon 2135
Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb

"İndiyədək Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb".

YeniAvropa xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, fond bu vəsaiti səmərəli istifadə etməyə çalışır: "Məqsədimiz mümkün qədər büdcədən kənar mənbələr hesabına vəsait toplamaqdır. Bizim vəsaitlər əsasən ianələr hesabına formalaşır. Artıq 4 böyük audit şirkətinin təkliflərini nəzər almışıq və tezliklə auditor təyin edəcəyik. Hansı ki, onlar bizə hər ilin sonunda audit məlumatları təqdim edəcəklər".