logo

Sabah Bakıda güclü şimal küləyi əsəcək, 9° isti olacaq

13:53 15-11-2021 | icon 1645
Sabah Bakıda güclü şimal küləyi əsəcək, 9° isti olacaq

Azərbaycanda noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 16-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı ehtimal edilir.