logo

Alüminium zavodundan 20 min manatlıq avadanlıq oğurladı-yaxalandı

12:32 15-11-2021 | icon 1638
Alüminium zavodundan 20 min manatlıq avadanlıq oğurladı-yaxalandı

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20 min manat dəyərində laboratoriya avadanlığının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.