logo

Azərbaycan MN Ermənistana növbəti dəfə xəbərdarlıq edib

12:15 15-11-2021 | icon 427
Azərbaycan MN Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərdarlıqda deyilir:

"Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrı 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.