logo

Cəlilabad rayonunda 2 toyda karantin qaydaları pozulub

11:01 15-11-2021 | icon 1533
Cəlilabad rayonunda 2 toyda karantin qaydaları pozulub

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  YeniAvropa-ya bildirilib ki, aparılan yoxlamalar zamanı Cəlilabad şəhəri ərazisindəki “Sara Xatun” restoranında təşkil olunan toy mərasimində iştirak edən qonaqların müəyyənləşən say həddindən çox olması halı aşkarlanıb.

Həmin restoranın icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən dörd min manat cərimə olunub.

Karantin rejimi qaydalarından irəli gələn tələblərin icra olunmasına nəzarət məqsədilə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kəndində fərdi yaşayış evlərindən birinin həyətində təşkil olunan toy zamanı da iştirak edən qonaqların müəyyənləşən say həddindən çox olduğu aşkarlanıb.

Həmin məclisin təşkilatçısı E.Abışov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimələnib.