logo

Azərbaycan hərbçiləri Laçında erməni əsgərlərini postlarından çıxarıb

10:30 15-11-2021 | icon 1561
Azərbaycan hərbçiləri Laçında erməni əsgərlərini postlarından çıxarıb

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın istiqamətindən keçən hissəsində ötən gün yaranmış gərginliklə bağlı sosial şəbəkələrdə videokadrlar yayılıb.

YeniAvropa xəbər verir ki, kadrlardan görünür ki, Azərbaycan hərbçiləri Ermənistan əsgərlərini yerləşdikləri postdan çıxarır. Bu zaman erməni əsgərləri qorxu içərisindədir və əllərini qaldırıb təslim olduqlarını göstərirlər, yalvarırlar ki, onlara atəş açılmasın.

Azərbaycan hərbçilərindən biri rus dilində onları sakitləşdirməyə çalışır: “Qorxmayın, çıxın, söz verirəm, sizə heç nə etməyəcəyik...”

 

Xəbər verildiyi kimi, Ermənistan ordusunun bölmələri sərhəddi vəziyyəti yenidən qızışdırmağa çalışaraq Laçın istiqamətində mövqelərini irəli çəkməyə və Azərbaycan ordusunun bölmələrinin təminat yollarını nəzarət altına almağa çalışıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, erməni tərəfinin bu təxribatına qarşı adekvat tədbirlər görülüb.

Sosial şəbəkələrdə isə Azərbaycan ordusunun bölmələrinin ermənilərin 2-3 postunu nəzarət altına aldıqları haqda xəbərlər, videokadrlar yayılır. Belə videolardan birində ermənilərin benzindaşıyan “Ural” avtomobilinin də hərbçilərimiz tərəfindən götürüldüyü əks olunub.