logo

"Türk Hava Yolları" dörd ölkəyə uçuşları müvəqqəti dayandırıb

19:20 14-11-2021 | icon 2170
"Türk Hava Yolları" dörd ölkəyə uçuşları müvəqqəti dayandırıb

"Türk Hava Yolları" aviaşirkəti COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Braziliya, Cənubi Afrika, Nepal və Şri-Lankaya uçuşları müvəqqəti dayandırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün açıqlama verib.

Bu gecə saat 00:00-dan etibarən dayandırılan səfərlərin növbəti xəbərdarlığa qədər edilməyəcəyi bildirilir.