logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 480 min nəfəri ötüb

18:10 14-11-2021 | icon 2793
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 480 min nəfəri ötüb

Noyabrın 14-də Azərbaycanda 30 min 231 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7178 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 18 min 861 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 092 min 423, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 022 min 350, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 480 min 614 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 589 min 459 nəfər təşkil edir.