logo

Əməkdar memar Rasim Əliyev vəfat edib

14:15 14-11-2021 | icon 1477
Əməkdar memar Rasim Əliyev vəfat edib

Əməkdar memar Rasim Əliyev 87 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə mərhum sənətkarın yaxınları tərəfindən paylaşılıb.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

Qeyd edək ki, R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Xatırladaq ki,Rasim Əliyev prezident İlham Əliyevin əmisinin oğludur.