logo

DÇ-2022:Azərbaycan Qətərə qarşı

11:55 14-11-2021 | icon 2926
DÇ-2022:Azərbaycan Qətərə qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki,  Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç komandamızın 2021-ci ildə son sınağı olacaq. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilər.