logo

Xəzər dənizində zəlzələ olub

09:31 14-11-2021 | icon 1477
Xəzər dənizində zəlzələ olub

Noyabrın 14-də Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 01:14-də qeydə alınan zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.