logo

Polis əməkdaşına xəsarət yetirən sürücü həbs edildi 

17:47 13-11-2021 | icon 497
Polis əməkdaşına xəsarət yetirən sürücü həbs edildi 
Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.
 YeniAvropa xəbər verir ki, bu barədə şəhər Dövlət Yol Polisi İdarəsindən təbliğat üzrə inspektor, polis leytenantı Rüstəm Əhmədli məlumat verib.
 
Onun sözlərinə görə, "Opel Astra" markalı, 99-NT-712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücusü, Mingəçevir şəhərində anadan olmuş 28.09.1990 təvəllüdlü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.
 
Saxlanılan zaman sürücünün psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə təqdim edilib.
 
Məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu 2 ay inzibati həbs və 1 il sürücülük hüququndan məhrum edilib.