logo

Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilir

17:13 13-11-2021 | icon 2268
Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilir

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.

 YeniAvropa xəbər verir ki,  bu barədə "RİA Novosti" xəbər yayıb.

Bildirilir ki, hzırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.