logo

Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanılıb

16:20 13-11-2021 | icon 1617
Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanılıb

Son günlər ərzində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7 096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.