logo

Bakı metrosunda qatarda nasazlıq yaranıb

15:15 13-11-2021 | icon 1673
Bakı metrosunda qatarda nasazlıq yaranıb

"Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" stansiyasında sərnişinlər düşürülüb və qatar, ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib: "Əvəzinə xəttə qatar verilib. Bir dəqiqəlik yubanma olub".