logo

Ənvər Əfəndiyev “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib

19:30 14-10-2021 | icon 1617
Ənvər Əfəndiyev “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib

Xəbər verildiyimiz kimi, Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyədə səfərdədir.

YeniAvropa xəbər verir ki,  bu gün general-mayor Ənvər Əfəndiyev səfər çərçivəsində İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və hərbi attaşenin quru qoşunları üzrə köməkçisi kapitan Tural Məmmədov da “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə təmsil olunublar.

Qeyd edək ki, təlimdə Türkiyə, Azərbaycan, İspaniya, Rumıniya və Gürcüstan hərbçiləri iştirak ediblər.