logo

Ankarada Türkiyə və Əfqanıstan heyətlərinin görüş olub

18:48 18-04-0008 | icon 840
Ankarada Türkiyə və Əfqanıstan heyətlərinin görüş olub

Əfqanıstan müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş keçirilib.

Görüşdə Türkiyə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.

Bildirilir ki, Əfqanıstan heyəti Rusiyaya da səfər edəcək.

Qeyd edək ki, hazırda Əfqanıstan müvəqqəti hökumətinin qarşısında başlıca vəzifə kimi dünya birliyi tərəfindən tanınmaq məsələsi dayanır.