logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 177 min nəfəri ötüb

16:54 14-10-2021 | icon 2863
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 177 min nəfəri ötüb

Oktyabrın 14-də Azərbaycanda 33 min 441 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 678 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 106 min 934, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 929 min 657, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 177 min 277 nəfər təşkil edir.