logo

Azərbaycanın Quru Qoşunların komandanı türkiyəli həmkarı ilə görüşüb

16:12 14-10-2021 | icon 1505
Azərbaycanın Quru Qoşunların komandanı türkiyəli həmkarı ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də “Avrasiya sülhü – 2021” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.