logo

Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev Goranboyda dəfn  edilib

15:34 14-10-2021 | icon 1806
Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev Goranboyda dəfn  edilib

Oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu gizir İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

 YeniAvropa xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, qazilər, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1994-cü il təvəllüdlü gizir İxtiyar Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda xidmət edib. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Həmin gündən sonra yaxınları ondan xəbər ala bilmirdilər.

İxtiyar Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun itkin hesab edilən 7 hərbçisindən biri idi.