logo

Ceyhun Bayramov Minskdə  Sergey Lavrovla görüşüb

15:11 14-10-2021 | icon 392
Ceyhun Bayramov Minskdə  Sergey Lavrovla görüşüb

Oktyabrın 14-də Belarusun paytaxtı Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.