logo

Latviya prezidenti koronavirusa yoluxub

12:24 14-10-2021 | icon 3108
Latviya prezidenti koronavirusa yoluxub

Latviya prezidenti Egil Levits koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti”  məlumat yayıb.

Xəbərdə qeyd edilir ki,  o, Estoniyanın yeni dövlət başçısı Alar Karislə görüşdən əvvəl koronavirus testindən keçib və testin nəticəsi pozitiv olub.

Bu səbəbdən də dövlət başçılarının görüş təxirə salınıb.

Xatırladaq ki, bu, iki qonşu ölkələr olan Latviya və Estoniya dövlət başçılarının ilk rəsmi görüşü olacaqdı. Belə ki, bu ilin avqustunda Estoniya parlamentinin deputatları 63 yaşlı mili muzeyin direktoru Alar Karisi ölkə prezidenti seçib.