logo

Cənub Qaz Dəhlizi 2022-ci ildən tam gücü ilə işləyəcək

11:59 14-10-2021 | icon 2541
Cənub Qaz Dəhlizi 2022-ci ildən tam gücü ilə işləyəcək

Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində ildə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulub və bu göstəriciyə gələn il çatması nəzərdə tutulub. Bu əməliyyatlar çərçivəsinə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulub.

Energetika naziri bildirib ki, Azərbaycan 2023-cü ildən  "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılıq da əldə edilib.

“Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz, Trans-Anadolu və TAP qaz kəmərləri daxildir.