logo

Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

10:10 14-10-2021 | icon 3136
Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçiriləcək

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə mitinq keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  “Mişaya azadlıq!” şüarlı kütləvi aksiya saat 18:00-da "Azadlıq" meydanında təşkil olunacaq.

Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi mitinqə müxtəlif bölgələrdən iştirakçılar da qatılacaq.

Meydanda səhnə və monitorun quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidəki 12 saylı həbsxanadadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.