logo

Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayıldı

09:33 14-10-2021 | icon 1582
Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayıldı

Daxili İşlər Nazirliyi(DİN) ötən gün səhər saatlarında Bakının Sabunçu rayonunda baş verən dəhşətli qəzanın kamera görüntülərini yayıb.

 YeniAvropa xəbər verir ki,DİN-dən verilən məlumata görə, görüntülərdə yük avtomobilinin sərnişin avtobusuna çırpılma anı əks olunub.

Qeyd edək ki, dünən saat 6:40 radələrində aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri - Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib, cinayət işi başlanılıb.

Həmin görüntüləri təqdim edirik: