logo

Azərbaycan Gorus-Kafan yolunda saxlanılan iranlı sürücüləri azad etdi

19:56 13-10-2021 | icon 1841
Azərbaycan Gorus-Kafan yolunda saxlanılan iranlı sürücüləri azad etdi

Azərbaycan Gorus-Kafan yolunun Azərbaycanın nəzarətində olan hissəsində azərbaycanlı sərhədçilər tərəfindən bir neçə həftə əvvəl saxlanılan iki İranlı sürücünü azad edib.

 YeniAvropa xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi xəbər yayıb. 

"Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığından sonra Bakı İranlı sürücüləri azad edib", - deyə xəbərdə bildirilib.