logo

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

17:00 07-10-2021 | icon 1127
Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

Tanınmış yazar Kəramət Böyükçöl Bakı şəhər Narkoloji Dispanserinə yerləşdirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə yazarın atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O, bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.

Qeyd edək ki, dünən K. Böyükçöl sərxoş vəziyyətdə sosial şəbəkədə açdığı canlı yayımda qeyri-etik ifadələr işlədib, bu da izləyicilər tərəfindən sərt tənqid olunub.

Xatırladaq ki, K. Böyükçöl ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.