logo

Ararat Mirzoyan  Ceyhun Bayramovla görüşəcəyini təsdiqləyib

14:30 13-10-2021 | icon 448
Ararat Mirzoyan  Ceyhun Bayramovla görüşəcəyini təsdiqləyib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər.

 YeniAvropa "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  bu gün Yerevanda hindistanlı həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə məlumat verib. 

Erməni nazirinin sözlərinə görə, Minsk qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılır, lakin dəqiq tarix hələ məlum deyil. 

A.Mirzoyan həmçinin,  Ermənistanın  Minsk qrupu çərçivəsində sülh prosesinin bərpasını alqışladığını vurğulayıb. 

Xatırladaq ki, sentyabrın 24-də, Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistam XİN başçılarının görüşü keçirilib.