logo

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

12:31 13-10-2021 | icon 2072
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar. 

Xatırladaq ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.