logo

"Azercell"  "Tokio-2020"nin qaliblərini təbrik etdi

12:11 13-10-2021 | icon 2856
"Azercell"  "Tokio-2020"nin qaliblərini təbrik etdi

"Tokio-2020" Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən "Azercell" ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik edib.

YeniAvropa xəbər verir ki, ötən gün "Azercell" şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatılıb.

Tədbirdə qonaqları salamlayan "Azercell" şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirib ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! "Tokio-2020" çərçivəsində "Azercell"-iMəğrur Tərəfdaş kimi dəvət edən AzərbaycanMilli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinəəməkdaşlığagörə təşəkkür edirəm!”
Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd edib ki, Olimpiya və Paralimpiya Komandasının "Tokio-2020" Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan "Azercell" şirkətinin böyük zəhməti var.

Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, "Tokio-2020" Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.

6216C29E-9037-41A3-945B-578B2F0653A9

Məlumat üçün bildirək ki, "Azercell" 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, "Azercell" 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur.Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıblar.