logo

Lənkəranda həyətində ağacdan meyvə dərən kişini tok vurub öldürdü

11:03 13-10-2021 | icon 1561
Lənkəranda həyətində ağacdan meyvə dərən kişini tok vurub öldürdü

Oktyabrın 12-də saat 17 radələrində Lənkəran rayonunun Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla müəyyənləşdirilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün o elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.