logo

"G20" ölkələri Əfqanıstanla bağlı fövqəladə zirvə görüşü keçirib

21:12 12-10-2021 | icon 3297
"G20" ölkələri Əfqanıstanla bağlı fövqəladə zirvə görüşü keçirib

İtaliyanın "Böyük İyirmilik"ə (G20) sədrliyi çərçivəsində Əfqanıstan məsələsi ilə bağlı fövqəladə zirvə görüşü keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, "G20" ölkələrinin liderlərinin iştirak etdiyi videokonfransda Əfqanıstana beynəlxalq humanitar yardımlar, immiqrasiya, terrorizm və qadın hüquqları kimi məsələlər müzakirə edilib. Görüşdə Avropa İttifaqının (Aİ) Əfqanıstana 1 milyard avroluq yardım paketi açıqlanıb.

Türkiyə "G20" çərçivəsində miqrasiya ilə bağlı işçi qrupunun yaradılmasını və Türkiyənin bu qrupa sədrlik etməsini təklif edib.

"G20"yə üzv ölkələrin rəhbərləri ilə yanaşı, zirvə görüşünə Aİ, BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Qətərin yüksək səviyyəli nümayəndələri qonaq qismində qatılıblar.