logo

Norveçin baş naziri istefa verib

19:48 12-10-2021 | icon 2905
Norveçin baş naziri istefa verib

Oktyabrın 12-də Norveçin baş naziri Erna Sulberq vəzifədən istefa verməsi ilə bağlı müraciəti Kralı V Haralda təqdim edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, səkkiz il Norveç hökumətinə rəhbərlik etmiş Erna Sulberq bu barədə Osloda keçirilən mətbuat konfransında bildirib.

Norveç qanunlarına görə, indiki vəziyyətdə Kral yeni kabinet qurmaq təlimatı ilə parlament seçkilərində qalib gələn İşçi Partiyasının rəhbərinə müraciət ünvanlamalıdır.

Kral, həmçinin yeni hökumət qurulanadək Sulberqin müvəqqəti hökumətə rəhbərlik etməsini istəyəcək.