logo

Allahşükür Paşazadənin Moskvada Patriarx Kirillə görüşü keçirilir

18:12 12-10-2021 | icon 1575
Allahşükür Paşazadənin Moskvada Patriarx Kirillə görüşü keçirilir

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, dini liderlərin görüşü mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.