logo

Sumqayıtda intihara cəhd: qadın özünü dənizə atdı

14:44 12-10-2021 | icon 4319
Sumqayıtda intihara cəhd: qadın özünü dənizə atdı

Sumqayıt şəhəri ərazisində yerləşən dənizkənarı parkda bir qadın özünü dənizə atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin qadın sudan çıxarılaraq xilas edilib.

Araşdırmalarla onun şəhər sakini A.Ramazanova olması müəyyən olunub.