logo

“Müstəqillik Günü haqqında” qanun layihəsi II oxunuşda təsdiqlənib

14:10 12-10-2021 | icon 1617
“Müstəqillik Günü haqqında” qanun layihəsi II oxunuşda təsdiqlənib

Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini əsas sənəd kimi qəbul edərək ikinci oxunuşda təsdiqləyib.

YeniAvropa xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 12-də keçirilən icrasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq.