logo

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

13:31 12-10-2021 | icon 1477
Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

Milli Məclisin payız sessiyasının növbəti iclası oktyabrın 15-də keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü  iclasında məlumat verib.

İclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.