logo

Türkiyənin ətraf mühit naziri Azərbaycana səfərə gəlib

12:02 12-10-2021 | icon 1526
Türkiyənin ətraf mühit naziri Azərbaycana səfərə gəlib

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, türkiyəli qonaqlar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə oktyabrın 12-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüb. Murat Kurum xatirə kitabına ürək sözlərini yazıb. 

Səfər çərçivəsində tərəflər arasında “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində iki illik Fəaliyyət Proqramı” imzalanacaq. Türkiyəli nazirin Azərbaycanın Dövlət Arxitektura və Şəhərsalma Komitəsində də görüşü nəzərdə tutulub.